“Onu zaman seçib”

06.05.2016-cı il tarixində məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, həmçinin dəvət olunmuş qonaqlar iştirak edirdi. XX əsr bəşər tarixinin ən parlaq şəxsiyyətinin zəngin həyat yolu,nəhəng fəaliyyəti böyük bir iftixar hissi ilə şagirdlərimizin kompozisiyasında öz əksini tapdı. Məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən foto stendlər nümayiş etdirildi. Tədbirdə Prezident yanında Bilik Fondunun monitorinq şöbəsinin müdiri, baş məsləhətçi Ceyhun Musaoğlu, aparıcı-məsləhətçi Almaz Axundova, Yasamal Rayon Azyaşlılar üzrə iş komissiyasının baş məsləhətçisi Seymur Nağıyev, 60№li məktəbin müəllim və şagird kollektivi, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, 21№li məktəbin direktoru Ceyhun Bayramov, Bakı Türk Anadolu liseyinin icraçı direktoru Ömər Durak, Hədəf kurslarının aparıcı əməkdaşları iştirak edirdi. Tədbirin sonunda Azərbaycan ordusunun möhtəşəm qələbəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi. Ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi bu böyük siyasətçinin həyat təcrübəsi və vətən məhəbbətini özündə əks etdirən ədəbi-bədii tədbir gənc nəsil üçün nümunəvi bir örnək dərsi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi