“Erudit” ailəvi intellektual oyun
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoerudit” еkoklub üzvləri, Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Sevil Məmmədzadə və Fatimə Məmmədzadə “Erudit” ailəvi intellektual oyunu təqdim edirlər. İntellektual oyunda 2 və daha artıq iştirakçı olmaqla bütün ailə üzvləri: nənə-baba, ata-ana, bacı və qardaşlarınız iştirak edə bilər. Maraqlı bir sözü seçib sözün tərkibindəki hərflərlə başlayan cümlə qurmaq lazımdır. Oyunun əsas şərti - sözün mənasına uyğun gələn cümlələri düşünüb tapmaqdır.
Nümunə: Bu günlərdə tez-tez eşitdiyimiz “İmmunitet” sözü latınca “immunitas” – azad olmaq deməkdir. İmmunitet - orqanizmi xəstəliktörədən virus və mikroblardan qoruyan bioloji müdafiə sistemidir. Sözün mənası insan sağlamlığına aiddir. İlk hərfi “İ” olduğu üçün ilk cümləmiz: “İnsan zəkası hər şeyə qadirdir” ola bilər. “M” hərfi - “Mən evdə qalmaqla özümü və yaxınlarımı qoruyuram”. Yenə “M” hərfi-“Meyvələr immuniteti möhkəmləndirir” və s. Bu qayda üzrə istənilən sözün hərfləri ilə başlayan cümlələr qurub, məntiqi düşünülmüş, mənalı, bəzən təbəssümlü, sərrast fikirlərinizi və biliklərinizi yaxınlarınızla bölüşün. Videonu aşağıdakı linkdən izləyə bilərsiniz https://youtu.be/_Stfw_QTgrk
Evdə qalın, dərsdən qalmayın, evdə yaradın və sağlam olun!