Azərbaycan Texniki Universitetində bir gün

    Bu gün məktəbimizin şagirdləri Azərbaycan Texniki Universitetində oldular. Onlar ilk öncə universitetin yaranma tarixi ilə tanış oldular. Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan ATU müasir tələblərə uyğun maddi-texniki bazaya malikdir.

    Şagirdlərimiz universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamət üzrə 70 ixtisas fakültələri ilə tanış oldular.

    Universitetin ABŞ, Rusiya, Kanada, İngiltərə və s. kimi ölkələr ilə tələbə mübadiləsində olduğu vurğulandı. Bir çox fəaliyyət göstərən fakültələr var ki, şagirdlərimiz gələcəkdə nəzərdə tutduqları qruplar üzrə burada təhsil ala bilərlər.

    Şagirdlərimiz Azərbaycan Texniki Universitetindən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi