Mülki Müdafiə Günü keçirildi

Məktəbimizdə 1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunan tədbir keçirildi. Tədbirə müxtəlif siniflərdən şagirdlər cəlb olunmuşdu. Mövzu ilə bağlı məktəbimizin direktoru çıxış edərək son illər Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər barədə məlumat verdi. Sonra məktəbin hərbi rəhbəri Telman Məmmədov yanğınsöndürmə balonunun iş prinsipləri, əleyhqazdan istifadə, təbii, texnogen və ekoloji xarakterli hadisələr zamanı davranışlar haqqında maarifləndirici tövsiyələr verdi. Bu günün məktəbimizdə hər il keçirilməsində məqsəd şagirdlərə mülki-müdafiə işinin vacibliyini aşılamaq və onların hər ansı bir təhlükə zamanı müdafiə olunmalarını təmin etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi