Məktəbdə dezinfeksiya işləri aparılır
Koronavirusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, sanitar-epidemioloji işlərin aparılması və koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə məktəbimizdə 15.02 və 22.02 tarixlərində Bakı Şəhər Dezinfeksiya Mərkəzi tərəfindən profilaktik dezinfeksiya işləri aparılmışdır. Məktəbin sinif otaqları, dəhlizləri, giriş-çıxış qapıları, sanitar qovşaqları lazımi dərmanlarla dezinfeksiya olunmuşdur.