Koronavirusla bağlı profilaktik tədbirlər davam etdirilir
Son vaxtlar aşağı və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları ilə müşayiət olunan və özünəməxsus patogenezə malik olan koronavirusa qarşı qabaqlayıcı tibbi-profilaktik tədbirlər görülür. Belə ki, şagirdlərlə, valideynlərlə geniş maarifləndirmə tədbirləri və izahat işləri həyata keçirilir. Tibb otağı xüsusi dezinfeksiyaedici məhlulla və digər gigiyenik vasitələrlə təchiz olunmuşdur. Məktəbin bütün uşaqları filtr baxışdan keçirilir. Şikayəti olan uşaqların temperaturu ölçülür, əlləri, üzləri xüsusi dezinfeksiyaedici məhlulla təmizlənir. Əsasən temperaturu olan, halsız uşaqlar evə göndərilir. Onlara sahə həkimlərinə müraciət etmələri tapşırılır.