Vətəndə Vətənsizlər adlı rəsm sərgisi
Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan silsilə tədbirlərdən biri də “Vətəndə vətənsizlər” adlı rəsm sərgisidir. Sərgidə müxtəlif yaş qruplarına aid olan şagirdlərin rəsmləri yer almışdı. XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımının hadisələrini özündə əks etdirən tablolar məktəbin foyesində nümayiş etdirilir. Rəsmlər yağlı boya, qrafit və digər üsullarla çəkilmişdi. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu çəkilən işlər uzun müddət qalır və məktəbimizin dəhliz divarlarında yer alaraq daim yaşayır. Yaddaşlardan kətanlara köçürülən bu kompazisiyalar qanlı tariximizin bir parçası olaraq heç zaman unudulmur.