Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsərinin müzakirəsi keçirildi

    25.02.2020-ci il tarixdə məktəbimizdə Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsərinin müzakirəsi keçirildi. Müzakirədə 8-ci sinif şagirdləri iştirak edirdi.

    Detektiv romanlar müəllifi Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpədici aqibətlərindən bəhs olunur.

    Şagirdlər 17 il əsirlikdə olan bir azərbaycanlı qadının təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurmasından, Azərbaycanda qətllər, təxribatlar və ermənilərin müdhiş planları haqqında məlumat verməsindən danışdılar.

    Əsərdə baş verən hadisələrin ardıcıllığını qısa məzmunda danışan şagirdlər daha sonra obrazları səciyyələndirdilər.

    Əsər haqqında geniş məlumat verən şagirdlər əsərin başlıca ideasının baş qəhrəmanın illərdir əsirlikdə olmasına baxmayaraq hələ də vətən həsrəti çəkməsi olduğunu vurğuladılar. Qadının və oğlunun başına gələn işgəncələrdən bəhs edən şagirdlər bu cür hadisələrin Xocalı soyqırımı zamanı minlərlə əsinin də başına gətirildiyini ürək ağrısı ilə qeyd etdilər.

    Mütaliə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bu səpkidə tədbirlər siyahısına məhz Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsərinin salınması heç də təsadüfi deyildi. Yazıçı  bütün hadisələri maraqlı və həqiqətləri əks etdirən faktlarla zənginləşdirmişdir. Əsər bütünlükdə faciə zamanı işgəncələrə məruz qalan həmvətənimizin keçdiyi həyat yolundan və buna baxmayaraq necə vətənpərvər olmasından bəhs edir. Şagirdlərin fikrincə, əsəri tarixi-detektiv roman da adlandlrmaq olar. Çünki yazıçı əsərdə Xocalıda baş verən hadisələrə sadiq qalmağa çalışıb, tarixilik qorunub. 

    Əminik ki, əsər şagirdlərdə düşmənə nifrət, vətənə məhəbbət və sadiqlik hisslərini aşılaya bildi.

    Müzakirə valideynlərin də birgə söhbəti ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi