Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün" adlı kitabının müzakirəsi keçirildi

     Bu gün məktəbimizdə Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün" əsərinin müzakirəsi keçirildi. Müzakirədə 8-ci siniflər iştirak edirdi. Qeyd edək ki, adı çəkilən kitabın müəllifi Dürdanə Ağayeva Xocalı faciəsi zamanı əsir götürülmüş və bu faciənin ağırlığını öz gözləri ilə görmüşdür.

    Dürdanə Ağayevanın bu kitabı Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində yazılan məqsədyönlü bir əsərdir.

    Şagirdlər əsərin müzakirəsinə xüsusi hazırlanmış təqdimatla başladılar. Əsər haqqında ümümi məlumat verildikdən sonra faciənin canlı iştirakçısı Dürdanə Ağayevanın əsirlikdəki 8 günlük müddət ərzində ona verilən işgəncələrdən və ağlasığmaz vəhşiliklərdən, törədilən cinayətlərdən danışdılar.

    Şagirdlər kitabın müəllifi Dürdanə Ağayevanın özündə cəsarət toplayaraq ona edilən işgəncə və zülmləri əsər şəklində ictimaiyyətə çatdırmağını böyük qəhrəmanlıq kimi qiymətləndirdilər.

Şagirdlərin fikrincə, bu əsər təkcə Dürdanə Ağayevanın deyil, əslində əsirlikdə olan bütün insanların hayqırtısı, harayı idi.

    Əsərin müzakirəsi zamanı şagirdlər tarixə yenidən nəzər saldılar və Xocalı faciəsinin məhz insanlığa qarşı törədilmiş terror aktı olduğunu vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi