Ana dili gününə həsr olunmuş "Körpüm mənim, arxam, qalam mənim - Dilim mənim" adlı ədəbi-bədii tədbir keçirildi
Bu gün məktəbimizdə Ana dili gününə həsr olunmuş "Körpüm mənim, arxam, qalam mənim - Dilim mənim" adlı ədəbi-bədii tədbir keçirildi.
9-cu sinif şagirdləri tərəfindən keçirilən bu tədbirdə ana dilimizin mənşəyindən, yaranma tarixindən, nəsildən-nəslə ötürülməsindən, inkişaf və qorunub saxlanmasından bəhs edildi. Beynəlxalq Ana dili gününün təsis edilməsi haqqında geniş məlumat verildi. Daha sonra şagirdlər müxtəlif ədiblərin dilimizin saflığından bəhs edən şeirlərindən söylədilər, səhnəciklərlə çıxış edərək tədbirə xüsusi rəng qatdılar.
Sonda məktəbin direktoru Rəna Süleymanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva, məktəbin psixoloqu Arzu Məmmədova çıxış edərək dilimizin gözəlliyindən və əhəmiyyətindən, zəngin və ahəngdar dil olub tarixi köklərə söykənməsindən bəhs etdilər, şagirdlərə bu dili sevib qorumağı və gələcək nəsillərə ötürməyi tövsiyə etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.