"Dəyərlərimizlə gələcəyimizi qoruyaq" mövzusunda tədbir keçirildi

    13.02.2020-ci il tarixində məktəbimizdə Pətək İB və Təhsil Nazirliyinin dəstəyi ilə "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində təqdimat keçirildi. 90-a yaxın məktəblinin iştirak etdiyi təqdimat çox maraqlı keçdi. Təqdimatın keçirilməsində məqsəd qədim və zəngin tarixi olan xalqımızın həyatın bütün sahələrini əhatə edən dəyərlərə söykənən adət-ənənəsini qorumaq və nəsildən-nəslə ötürmək idi.
    Tədbirdə bir qrup oğlan və qız arasında "Ədəb, əxlaq, sevgi, vəfa, həya nədir?” mövzusunda diskusiya-yarışma keçirildi. Yarışma zamanı şagirdlərin cavabları təqdimatı daha maraqlı və canlı etdi.

    Milli- mənəvi dəyərlərimizə əsaslanan 
"Dəyərlərimizlə gələcəyimizi qoruyaq" şüarı altında keçirilən bu tədbirin gələcəkdə vətənpərvər  övladların yetişməsində müstəsna rolu olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi