"Elmi- əyləncəli fizika” adlı dərs keçirildi

Bu gün, aprelin 29-da məktəbimizdə "Elmi- əyləncəli fizika” adlı qeyri-adi dərs keçirildi. Uşaqlar maraqlı fiziki təcrübələr nümayiş etdirdilər, layihə və ixtiralarını təqdim etdilər. Elmi-əyləncəli təcrübələr, partlayış səsləri, qığılcımın alınması, alternativ enerji mənbələri , daimi cərəyan haqqında layihələr auditoriyada olan bütün şagirdlərin böyük marağına səbəb oldu. Bu dərs şagirdlərin fizika fənni üzrə biliklərini yoxlamağa, onların yaradıcılıq qabiliyyətini aşkara çıxarmağa, şagirdləri layihə olimpiadalarına yönəltməyə imkan verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi