KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

04.02.2020-ci il tarixində məktəbimizin tibb işçilərinin rəhbərliyi ilə siniflərdə hal-hazırda dünyada geniş yayılan koronavirusla  bağlı maarifləndirici söhbətlər aparıldı. Məktəbin həkimi Arzu Qafarova bu xəstəliyin adi soyuqdəymə, qızdırma və ya boğaz ağrısı kimi simptomlarla başlaması haqqında şagirdlərə məlumat verdi. Sonra tibb işçiləri şagirdlərlə bu virusun törətdiyi fəsadlar və onlardan necə qorunmaq lazım olduğu barədə söhbət apardılar. Sonda şagirdlərə gigiyenik qaydalara riayət etməyi tövsiyə edən həkimlər  halsızlıq, qızdırma, hətta qrip virusuna yoluxma halları baş verdiyi halda dərhal onlara müraciət etmələrini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi