Heç sönməyən od-ocaqdır istiqlalın məşəli” adlı ədəbi-bədii tədbir keçirildi

17.01.2020-ci il tarixində məktəbimizdə 20 Yanvar faciəsinin 30 illik ildönümünə həsr olunmuş “Heç sönməyən od-ocaqdır istiqlalın məşəli” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Xalqın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq xalqın qan yaddaşına çevrilən bu gün müstəqilliyimizin əbədi məşəlinə çevrilmişdi. Şagirdlərimiz milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar faciəsindən, xalqımızın suverenliyi uğrunda apardığı şərəfli mübarizəsindən söhbət açdılar.Həmin gecə sovet ordusunun qoşunlarının Bakıya yeridilməsini, hərbi gəmilərlə  gətirilmiş desant qruplarının və digər ağır texnikadan istifadə etməklə xalqa qarşı törədilən bu cinayəti bir daha yada salaraq məşəqqətli tariximizi təkrarladılar. Şagirdlər bu illərdə Bakı buxtasının misli görünməyən qəhrəmanlıqlarından söhbət açdılar. Sonda şagirdlərimiz tərəfindən hazırlanmış kompozisiya səsləndi. Xalqın şərəfli istiqlal gününə çevrilmiş 20 Yanvar faciəsinə həsr olunan kompozisiya iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi