"Unudulmayan" adlı rəsm sərgisi keçirildi

15.01.2020-ci tarixində məktəbimizdə “20 Yanvar” gününə həsr olunmuş “Unudulmayanlar” adlı rəsm sərgisi  keçirildi. 20 Yanvar hadisələri uşaqların gözü ilə onların çəkdiyi rəsm əsərlərində nümayiş olundu. Şagirdlər xalqımızın yaşadığı o zəfər gününü, azadlıq mübarizəsini,  istiqlal mücahidlərinin qəhrəmanlıqlarını  böyük ustalıqla çəkdikləri rəsmlərdə təsvir edərək onları şəhidlərin xatirəsinə həsr etdilər. Vətənin müstəqilliyi uğrunda canlarından keçən insanların xatirəsinə həsr olunaraq keçirilən bu ənənəvi sərgidə ibtidai və yuxarı sinif şagirdlərinin tabloları yer almışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi