“Multikulturalizm ili” çərçivəsində səyyar görüş keçirildi
Ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini, cari ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivlizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini nəzərə alaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları tərəfindən bir sıra təhsil müəssisələrində 2016-cı ilin aprel-may aylarında səyyar mühazirələrin keçirilməsi nəzərdə tutulur. Belə mühazirələrdən biri də aprelin 25-də məktəbimizdə baş tutdu. Bakı Slavyan Universitetinin Slayvan filologiyası kafedrasının müəllimi Qəmbərov Qəmbər ”Azərbaycanda Multikulturalizm ənənələri “mövzusunda maraqlı bir mühazirə ilə çıxış etdi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak etdilər. Tədbir iştirakçıları mühazirəçiyə bir-birindən maraqlı suallar ünvanladılar və öz suallarına ətraflı cavablar aldılar. Mövzu ətrafında maraqlı diskussiyalar aparıldı. Mühazirə hamının böyük marağına səbəb oldu.