Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi

28.12.2019-cu il tarixində məktəbimizdə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi. 4a sağlam təhsil sinfində “Səsimiz bürüsün bütün cahanı” adlı tədbirdə bütün şagirdlər  bu günün əsaslarından , həmin dövrü əhatə edən hadisələrdən ,dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı həmvətənlərimizin bu günü bayram kimi qeyd etdiklərindən söhbət açdılar.    Eyni xalqa mənsub insanların tikanlı sərhəd məftillərini sökərək bir-birlərinə olan sevgilərini bildirmələrindən danışaraq mühüm günün tarixi əhəmiyyətini vurğuladılar. Sonra şagirdlər həmrəylik şüarı ilə səslənən şeirlər, musiqilər , xüsusi səhnəciklər və rəqslər ifa edərək tədbirə xüsusi rəng qatdılar. Sonda şagirdlər dünyanın bütün nöqtələrində yaşayan həmvətənlərimizin adından xəritəyə bayraqlar sancaraq hər kəsi Yeni il və Dünya azərbaycanlıların  həmrəylik günü münasibəti ilə təbrik etdilər . Bununla yanaşı 5e sinfində “Ağbəniz və yeddi cırtdan” adlı kiçik səhnəciklə  şagirdlərimiz valideynlər və müəllimlər qarşısında çıxış etdilər. Onlar da öz növbələrində Yeni il və Dünya azərbaycanlıların həmrəylik günü münasibətilə hər kəsi təbrik edərək  tədbiri sonlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi