"Məndə sığar iki cahan" açıq söhbət keçirildi
26.12.2019-cu il tarixində məktəbimizdə 10-cu siniflər arasında Şərq poeziyasının banisi sayılan İmadəddin Nəsiminin irsinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı açıq söhbət keçirildi. Şagirdlərin təqdimatında Nəsimi yaradıcılığı, onun şərq ədəbiyyatına olan tövhələri, Nəsiminin fəlsəfi görüşləri və s. yer almışdı. Sonra şagirdlər açıq söhbətə onları maraqlandıran suallar və müzakirələrlə başladılar. Nəsimi irsini tədqiqat apararaq araşdıran şagirdlər onun irsinin ana xəttinin əsasını təşkil edən hürufilik təriqətinin incəliklərindən danışdılar. Onun qəzəlləri şagirdlər tərəfindən böyük məharətlə səsləndirildi. Nəsimi dövrünü özündə əks etdirən geyimlərlə çıxış edən şagirdlərimiz dinləyicilərin marağına səbəb oldu. Ölkə prezidentinin İ.Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı verdiyi sərəncam bütün təhsil ocaqlarına aid olduğu kimi bizim məktəbimizə də aid olaraq öz tövhəsini verdi. Belə ki, şagirdlərimiz bir daha Nəsimi dünyasına , fəlsəfi cərəyanına səyahət edərək bu dahi söz ustadı ilə daha da yaxından tanış oldular. Onun müxtəlif fikirlərinin nəinki özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığında hətta bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir etdiyini öyrəndilər.