"Oliver Tvistin macəraları "əsəinin müzakirəsi keçirildi

20.12.2019-cu il tarixində məktəbimizdə mütaliə vərdişlərini təkmilləşdirmək məqsədilə 5 b sinfində kitab müzakirəsi keçirildi. Şagirdlər məşhur ingilis yazıçısı Çarlz Dikkensin ikinci şah əsəri sayılan “Oliver Tvistin macəraları” romanını təhlil edərək əsər barədə müzakirə etdilər. XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılan və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edən bu əsər şagirdlərin böyük marağına səbəb olmuşdu. Dikkensin yaradıcılığında xüsusi yer tutan bu roman  öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Oliverin başına gələn hadisələrdən danışan şagirdlər əsəri təhlil edərək dəyirmi masada əyləşənləri də məlumatlandırdılar. Romanda  səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətlər inandırıcı bir qələmlə təsvir olunub.  Qızğın müzakirələrdə şagirdlər obrazları təhlil edərək onları səciyyələndirdilər.  Sonda şagirdlər yaşadıqları dövr ilə romanda yazılan həmin dövrü müqayisə edərək müzakirəni yekunlaşdırdılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi