Valideynin məktəbdə bir günü
17.12.2019-cu il tarixində məktəbimizdə BTŞİ-nin əsanaməsinə əsasən “Valideynlərin məktəbdə bir günü” adlı layihə keçirildi. Layihənin keçirilməsində məqsəd valideynlərin məktəblə tanışlığı üçün səmərəli platformanın yaradılması, tədris prosesinin izlənilməsi,məktəb mühiti ilə yaxından tanış olmaq idi. Belə ki,valideynlər 08:30 dan başlayaraq məktəbə toplaşdılar, övladlarının təhsil aldığı müəssisənin fəaliyyəti ilə yaxından tanış olaraq, müxtəlif dərs saatlarını izləmək şansı əldə etdilər. Sonra məktəbin psixoloqu valideynlər üçün təşkil olunan seminarda çıxış edərək şagirdlərlə apardığı sorğular və təlimlər haqqında geniş məlumat verdi, valideynlərə öz övladlarına qarşı daha diqqətli olmağı tövsiyə etdi. Məktəbin ümumi resusları ilə tanış olan valideynlər daha sonra məktəb direktorunun təşkil etdiyi görüş saatında toplanaraq öz təklif və iradlarını bildirdilər. Bütün deyilənləri diqqət mərkəzində saxlayan direktor təlim və tədrislə bağlı lazımi hesabatı onlara verdi. Görüşün sonunda valideynlər üçün hazırlanmış xüsusi musiqi nömrələri ifa olundu. Valideynlər xoş təəssüratla məktəbdən ayrıldılar.