Nəsiminin işığında

13.12.2019-cu il tarixində məktəbimizdə 8-ci siniflər arasında Təhsil Nazirliyinin və ASAN Xidmətin birgə layihəsi olan Məktəblinin Dostları tərəfindən Nəsimi yaradıcılığına həsr olunmuş bilik yarışı keçirildi. "Nəsiminin işığında" adlanan intelektual yarış  Nəsiminin həyat və yaradıcılığını, fəlsəfi görüşlərini özündə əks etdirən 20 sualdan ibarət idi. Şagirdlər 5 nəfərdən ibarət komandalara bölünərək səslənən suallara cavab verdilər.  Məktəb rəhbərliyindən ibarət olan münsiflər heyəti viktorinanın aparılmasını izlədilər və sonda yekdil qərarla yarışın qaliblərini müəyyən etdilər. Qalib gələn sinif şagirdləri sertifikatlar və hədiyyələrlə təltif olundular. Belə yarışların keçirilməsində məqsəd şagirdlərə Nəsimidən miras qalan zəngin irsinin tanıdılması,  onun əsərlərinin araşdırılması və adının əbədiləşdirilməsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi