“BİLİK GÜNÜ”İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ.

    Tarix boyu elmə, biliyə yiyələnmək, onu tədris etmək şərəfli iş hesab olunub.15 sentyabr Azərbaycanın  çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı – “Bilik Günü”dür. Bu günü ölkəmizin digər ümumtəhsil məktəbləri kimi məktəbimizdə də xüsusi qeyd edilir.

   15 sentyabr məktəbin həyətində  yeni dərs ilinin açılış mərasimi keçirildi.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Toplantıda məktəbimizin direktoru Nazilə Əliyeva çıxış edərək bu əlamətdar gün  münasibətilə bütün təhsil işçilərini,şagirdləri ürəkdən təbrik etdi və onlara müvəffəqiyyət  arzuladı. Direktor məktəbin ötənilki uğurlarına nəzər salaraq olimpiadalarda, beynəlxalq elmi layihələrdə, müxtəlif müsabiqələrdə yer tutan şagirdlərimizi təbrik etdi.

Tədbirdə iştirak edən Xətai İcra nümayəndəsi Dəyanət Əzizov kollektivə uğur yolunda  inamlı addımlarla irəliləməyi arzuladı. Daha sonra tədbir şagirdlərin hazırladıqları musiqi və rəqs nümunələri ilə davam etdirildi

 2025-2026-cı tədris ilində  ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olundu.

 Yeni tədris ilində bütün şagirdlərimizə uğurlar, müəllimlərimizə isə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi