METODBİRLƏŞMƏ İCLASI KEÇİRİLDİ.

    Məktəbin Fəaliyyət Planına uyğun olaraq təlim-tərbiyə işinin səmərəli təşkili və həyata keçirilməsi məqsədi ilə fənn müəllimlərinin ümumdidaktik və metodik hazırlığı səviyyəsini daima artırmaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək və yaymaq,innovativ təlim metodlarının həyata keçirilməsini təmin etmək,təlim-tərbiyə prosesinin təşkili zamanı yeni üsulları həyata keçirmək,müəllimlərin öz peşəkarlıqlarını inkişaf etdirməsi, perspektiv planların hazırlanması,təkmilləşdirilməsi,reytinq göstəricilərinin təhlili üzrə pedaqoji heyətin-məktəb rəhbərliyinin və fənn metodbirləşmə sədrlərinin iştirakı ilə fənn müəllimlərinin metodbirləşmə iclası keçirilmişdir.Ayrı-ayrılıqda təşkil olunmuş metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılmışdır. İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması əsas prioritet olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi