İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

    11.09.2025-cü il tarixində məktəbimizdə fəaliyyət planına uyğun olaraq 2025-2026-cı tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktoru Nazilə xanım Əliyeva yeni tədris ilinin başlaması münasibətilə bütün kollektivi təbrik etdi.N.Əliyeva çıxışında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq göstərişlərini pedaqoji kollektivlə bölüşdü.Həmçinin ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması,dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılmasının vacibliyi toplantı iştirakçılarının diqqətinə çatdırıdı.Daha sonra 2024-2025-ci dərs ilinin yekunları IX, XI siniflərin buraxılış nəticələri, ali məktəb, IV və VI siniflərdə keçirilmiş monitorinqlərin nəticələri təhlil edilərək növbəti mərhələdə atılacaq addımlar müzakirə olundu

    Müəllimlərimizin səsləndirdiyi fikir və təkliflər yeni tədris ili üçün yol xəritəmizi formalaşdırdı. Bu, hər müəllimin məsuliyyətlə, eyni zamanda sevgi ilə daşıdığı müqəddəs müəllimlik missiyasının göstəricisidir. Məktəbimizdə həyata keçirilən STEM, Bilbacar, Rəqəmsal bacarıqlar layihələrinin davamlılığı da xüsusi vurğulandı. Çünki biz inanırıq ki, müasir bacarıqlara yiyələnmiş şagirdlər sabahın güclü vətəndaşları olacaq. 2025-2026-ci tədris ilində qarşıya qoyulan hədəflər, məktəbdə təhlükəsiz və sağlam psixoloji mühitin yaradılması, məktəbin fəaliyyət planı müzakirə olundu və təsdiq edildi.Məktəbə yeni təyin olunmuş müəllimlər pedaqoji heyətə təqdim edildi.”Bilik Günü” ilə bağlı təlimatlar verildi.

   Bu toplantı yalnız statistik rəqəmlərin müzakirəsi deyil, həm də təhsilimizin gələcəyi naminə birlik və həmrəyliyimizin təzahürü oldu

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi