MƏKTƏBİN “ŞƏN VƏ HAZIRCAVABLAR KOMANDASI” İLK MƏRHƏLƏNİN QALİBİ OLDU

25 iyunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Şən və Hazırcavablar komandalarının “Yunior liqa”sında iştirak edən Bakı şəhər məktəb iştirakçılarının çıxışı oldu.Məktəbimizin VI və VII sinif şagirdlərindən təşkil olunmuş Şən və Hazırcavablar ,,Əhmədli” komandası ilk mərhələdə fəal iştirakı ilə fərqləndi.Komandamızın çıxışı çox uğurlu oldu və münsiflər heyətinin qərarına əsasən I yerə layiq görülərək ,,Diplom”la təltif edilərək, növbəti mərhələyə vəsiqə qazandı.Komandanın üzvləri 7,,D”sinif şagirdləri Həsənov Orxan və Namazova Fatimə öz aktyorluq məharəti ilə seçilərək münsiflər heyətinin qərarına əsasən ,,Diplom”larla təltif edildilər.Məktəbimizin Şən və Hazırcavablar komandasını qələbə münasibəti ilə məktəb müdiriyyəti adından təbrik edir və gələcəkdə dahada böyük nailiyyətlər arzulayırıq.