“Microsoft Sertifikatlı Pedaqoq” Təlim Proqramı uğurla yekunlaşıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil edilən “Microsoft Sertifikatlı Pedaqoq” təlim proqramı uğurla başa çatıb. 8 gün davam edən bu intensiv və innovativ proqramda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəturə Sanıyeva, müəllimlərdən - Ülfət Mustafayeva və Меhriban Hacıyeva iştirak etmişdir.Təlim, müəllimlərin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) bacarıqlarını inkişaf etdirməyə yönəlmiş, həmçinin təhsil prosesində müasir texnologiyalardan effektiv istifadə etmək imkanı yaratmışdır. İştirakçılar Microsoft-un pedaqoji alətlərini öyrənib, tədris prosesini innovativ şəkildə təşkil etmək üçün praktiki təcrübələrə yeyələniblər. Bu təlim, şagirdlərin öyrənmə keyfiyyətini artırmaq və müəllimlərin peşəkar inkişafına töhfə vermək məqsədi daşıyaraq, müəllimlər üçün yeni imkanlar açır və XXI əsr bacarıqlarını inkişaf etdirərək yeni bilik, bacarıq verir. Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu təlim, 2025-ci il üçün planlaşdırılan təhsil reformalarının bir hissəsi kimi qiymətləndirilir və gələcəkdə daha geniş miqyasda təkrarlanacağı bildirilir.
Təhsildə innovativ yanaşmaların inkişafına xidmət edən bu kimi proqramlar, ölkəmizin təhsil sisteminin beynəlxalq standartlara inteqrasiyasında mühüm rol oynayacaq. Proqramın növbəti - qiymətləndirmə mərhələsində uğurla imtahan verən iştirakçılar Beynəlxalq dərəcəli sertifikata layiq görüləcək. Müəllimlərə uğurlar arzulayırıq.