,,AZƏRBAYCAN RESPUBLİKASINDA 2025-Cİ İLİN KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” MÖVZUSUNDA NÜMUNƏVİ DƏRS KEÇİRİLDİ

,,Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və suverenlik ili”edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında AR Prezidentinin 2025-ci il 11 fevral tarixli 477№li sərancamınnın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə 17 nömrəli tam orta məktəbdə tarix müəllimi Vüsalə Əliyeva tərəfindən ,,E” sinif şagirdləri ilə,,2025-ci ilin Konstitusiya və suverenlik ili”mövzusunda nümunəvi dərs təşkil etdi.Dərs zamanı ilk öncə Vüsalə müəllim qeyd etdi ki, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Beləliklə, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. 1995-ci il noyabrın 12-də isə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilməsi və ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncami ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü “elan edilməsi haqqında məlumat verdi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.