MƏKTƏBİN VI SİNİF ŞAGİRDLƏRİ İLƏ ,, REPRODUKTİV SAĞLAMLIQ”MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

Elm və Təhsil Nazirliyi Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyi ilə əməkdaşlıqla həyata keçirilən“Reproduktiv sağlamlıq”layihəsinə həsr olunmuş ,,Gəncliyin ilk mərhələləri” mövzusunda 14 apreldə məktəbin VI sinif qızlarına psixoloq Leyla Hacıyeva tərəfindən maarifləndirici söhbət təşkil edildi.Lalə xanım ,,Reproduktiv sağlamlı” onun funksiyaları və yalnız xəstəlik problemlərin olmaması deyil, həmçinin fiziki, sosial-demoqrafik vəziyyəti haqqında geniş məlumat verdi.Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər.Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırılmalı, gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər.Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.