,,SAĞLAM NƏSİL-PARLAQ GƏLƏCƏK”LAYİHƏSİNƏ UYĞUN OLARAQ IV SİNİF ŞAGİRDLƏRİ ARASINDA ,,ŞƏN STARTLAR” YARIŞI KEÇİRİLDİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən №3-29-59/3-2-107F/04.03.2025-ci il əmiri ilə bağlı ,,Sağlam nəsil-parlaq gələcək” layihəsi tədbirlər planına əsasən təhsilalanlara fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı,bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.Beləki,10 apreldə məktəbin 4,,D”,4,,E”və 4,,Ə” sinif komandaları arasında,,Şən startlar”idman yarışı keçirildi.İdman müəllimləri Gülər Vahidova,Kamil Zeynalov və Vasif Əkbərov tərəfindən təşkil edilən bu yaış şagirdlər tərəfindən çox həvəslə qarşılandı.Gərgin idman şəraitində keçirilən bu yarışda yekun nəticədə 4,,Ə”sinif komandas I yerə layiq görülərək nöbəti tura vəsiqə qazandılar.