MƏKTƏBİN 3,,Ə” SİNİF ŞAGİRDLƏRİ ,,DÖVLƏT BAYRAĞI” MEYDANINA EKESKURSİDA OLDULAR

    10 apreldə  3,,Ə” sinif şagirdləri sinif müəllimi Elmira Ağayevanın rəhbərliyi ilə ,,Dövlət Bayrağı” meydanına təşkil olunmuş ekskursiyada iştirak ediblər.Ekskursiya zamanı şagirdlər Dövlət Bayrağı Meydanı muzeyi ilə yaxından tanış olub və muzeydə onlara Azərbaycan dövlətçiliyinin tarixi, milli rəmzlərimizin inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.Şagirdlər Azərbaycanın bu günə qədər istifadə etdiyi bayraqlar, müxtəlif dövrlərə aid orden və medallar, pul vahidləri, həmçinin hərbi və döyüş geyimləri ilə tanış olublar. Onlar nümayiş olunan eksponatlar vasitəsilə ölkəmizin keçdiyi şərəfli tarixə daha yaxından bələd olublar.Ekskursiyanın sonunda isə şagirdlər Dövlət Bayrağımızın ucaldılması ilə bağlı nümayiş etdirilən videoya baxaraq bu rəmzin mənəvi dəyəri və tarixi əhəmiyyəti haqqında daha dərindən təsəvvür əldə ediblər.Bu ekskursiya şagirdlərin vətənpərvərlik hisslərinin güclənməsi, tarixi biliklərinin artması baxımından əhəmiyyətli olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi