MƏKTƏBİN VIII VƏ IX SİNİF ŞAGİRDLƏRİNİN VALİDEYNLƏRİ İLƏ ,,YENİYETMƏLƏRİN PSİXOLOJİ RİFAHI VƏ VALİDEYNLƏRİN ROLU” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

09 apreldə 17 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdlərinin valideynləri ilə AR Elm və Təhsil Nazirliyinin Uşaq müdafiyəsi idarəsinin psixoloqları Nərmin Abbaszadə və Arzu Hüseynzadə tərəfindən ,,Yeniyetmələrin psixoloji rifahı və valideynlərin rolu” mövzusunda maarifləndirici görüş təşkil edildi.Valideynlərin nəzərinə çatdırdı ki,bu görüşün əsas məqsədi valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problermlərin həlli yolarını axtarıb tapmaqdır.Həmçinin valideynlərin maarifləndirilməsi,onların sinfin həyatında iştiraka stimullaşdırmaq,şagirdlərin tərbiyəsinə görə məsuliyyət hissini artırmaqdır.Müzakirə edəcəyimiz suallar belədir:Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır? Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Bu mövzular haqqında valideynlərə geniş məlumat verildi və bu mövzular ətrafında müzakirələr aparıldı.Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı və mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirildi.