"MƏNİM HÜQUQLARIM" MÖVZUSUNDA SEMİNAR DƏRS KEÇİRİLDİ
Uşaq hüquqları— dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Məktəbin 8,,Ə” sinfində social pedaqoq Könül Xəlilovanın rəhbərliyi ilə "Mənim hüquqlarım " mövzusunda seminar dərs təşkil olundu.Könül xanım dərs zamanı şagirdlərə hüquqları haqqında geniş məlumat verdi. O bildirdi ki, hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır.Şagirdləri maraqlandıran suallar cavablandırıldı və sonda uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş olundu.