,,YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”İLƏ BAĞLI ,,EKOLOGİA AYI”NA HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ
28 oktyabrda 17 nömrəli tam orta məktəbdə,, Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ,,Ekologiya aylığı”layihəsi çərçivəsində ,, Yerin yaşıl örtüyünün bərpası və artırılması” mövzusunda seminar dərs biologiya müəllimi Fatimə Məmmədova tərəfindən 6,,B” sinif şagirdləri ilə təşkil edildi.Fatimə müəllim bildirdi ki,ekoloji problemlərin aradan qaldırılması sahəsində dövlət davamlı siyasət həyata keçirir.Çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınır.Bu iş həm Bakıda,həm də bölgələrdə davam etdirilir və hər il dünyada yüz minlərlə yaşıllıq kolları, ağaclar əkilir.Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması (yaşıllıqların bərpa edilməsi) haqqında geniş məlumat verdi.Sonra şagirdlər hazırladıqları təqdimatları və mövzuya həsr olunmuş rəsmləri nümayiş etdirdilər.