“UŞAQ HÜQUQLARI”NA HƏSR OLUNMUŞ MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ
29 oktyabrda 17 nömrəli tam orta məktəbin 8,,E” sinif şagirdləri ilə sosial pedaqoq Könül Xəlilova tərəfindən 20 oktyabr- 20 noyabr 2024- cü il tarixlərdə elan edilmiş“Uşaq hüquqları aylığı”na həsr olunmuş maarifləndirici söhbət aparıldı.Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi,onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması,uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.Şagirdlərə onların hüquqları, öz hüquqlarından istifadə qaydaları,vəzifələri,vəzifələrinin düzgün icrası barədə geniş məlumat verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Daha sonra şagirdlərə mövzuya aid videoçarx nümayiş etdirildi.