,,EKOLOGİYA AYLIĞI“ ÇƏRÇİVƏSİNDƏ ,,XƏZƏR DƏNİZİ SU HÖVZƏSİNİN ÇİRKLƏNDİRİLMƏSİ VƏ DAYAZLAŞMASININ SƏBƏBLƏRİ ” MÖVZUSUNDA SEMİNAR DƏRS KEÇIRILDI

   21 oktyabrda “Ekologiya aylığı” çərçivəsində 17 nömrəli tam orta məktəbin 7,,A” və 7,,C” sinif şagirdlərinin iştirakı ilə biologiya müəllimi Yaqut Cəbrayılova tərəfindən ,,Xəzər dənizi su hövzəsinin çirkləndirilməsi və dayazlaşmasının sıbəbləri”mövzusunda seminar dərs təşkil edildi.Dərs zamanı şagirdlər hazırladıqları təqdimatlarıla çıxış etdilər və çəkdikləri rəsmləri nümayiş etdirdilər.Xəzərdə suyun səviyyəsinin azalmasına səbəb nədir? Sualı şagirdlər tərəfindən cavablandırıldı.Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür.Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi