,,YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”İLƏ BAĞLI ,,EKOLOGİA AYI”NA HƏSR OLUNMUŞ NÜMUNƏVİ DƏRS KEÇİRİLDİ

   23 oktyabrda 17 nömrəli tam orta məktəbdə,, Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ,,Ekologiya aylığı”layihəsi  çərçivəsində ,,Yaşıllıqların  mühafizəsi və bərpası” mövzusunda  nümunəvi dərs biologiya müəllimi Zülayə tərəfindən 9,,E” sinif şagirdləri ilə təşkil edildi.Zülayə müəllim bildirdi ki,ekoloji problemlərin aradan qaldırılması sahəsində dövlət davamlı siyasət həyata keçirir.Çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınır.Bu iş həm Bakıda, həm də bölgələrdə davam etdirilir və hər il yüzlərlə yaşıllıq kolu,ağaclar əkilir."Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi "Yaşıllıqların bərpa edilməsi" məsələsilə bağlıdır. Burada bildirilir ki, yaşıllıqların bərpasının əsas məqsədi torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, torpaqlardan

əhalinin istirahəti və digər məqsədlər üçün səmərəli istifadə edilməsindən, yaşıllıqlar olmayan ərazilərdə yaşıllıq salınmasından, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq ibarətdir.Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması (yaşıllıqların bərpa edilməsi) haqqında geniş məlumat verdi.Sonra şagirdlər hazırladıqları təqdimatları və mövzuya həsr olunmuş rəsmləri nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi