MƏKTƏBDƏ ,,COP29 VƏ YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”NƏ HƏSR OLUNMUŞ ƏL İŞLƏRİNDƏN EKOLOJİ GUŞƏ YARADILDI
Azərbaycan Respublikasında 2024-cü ilin ,,Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AR Elm və Təhsil Nazirinin 15.03.2024-cüil tarixli,3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planına uyğun olaraq,17 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri sinif müəllimlərinin rəhbərliyi ilə əl işlərindən ibarət,,Ekoloji”guşədə maarifləndirici dərslər təşkil etdilər.Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji biliklərinin artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi,dövrün qlobal problemlərinin həllinə dəstək verilməsidir.