BURAXILIŞ İMTAHAN FƏNLƏRİNDƏN İLK MONİTORİNQ KEÇİRİLDİ.
30 oktyabr tarixində IX siniflərdə Buraxılış imtahan fənlərindən ilk monitorinq keçirildi.Monitorinqin keçirilməsində məqsəd ana dili, riyaziyyat, ingilis dili fənlərinin tədrisinin və IX sinif buraxılış imtahanına hazırlıq səviyyəsinin ölçülməsidi.
Amalımız şagirdlərin bilik və bacarıq səviyyəsini yoxlamaq, zəif tərəfləri aşkarlayıb aradan qaldırmaq, onları buraxılış imtahanlarına daha mütəşəkkil hazırlamaqdır. Monitorinqdə 7 sinif iştirak etdi. Şagirdlər 2,5 saat müddətində 85 tapşırığı (30 tədris dili, 25 riyaziyyat, 30 ingilis dili) cavablandırdılar. Şagirdlərimizin timsalında buraxılış və qəbul imtahanı verəcək bütün şagirdlərə uğurlar arzu edirik!