,,ZƏFƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA TƏŞKİL EDİLDİ
06 noyabrda 17 nömrəli tam orta məktəbin akt zalında ədəbiyyat müəllimləri Şölə Qurbanova,Aynurə Məmmədova,İradə Mürsəlova,Sevda Cəfərova, Ülviyyə Mustafayeva,Əsmər Boliyeva və Kəmalə Zamanovanın təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil edildi.İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirdə məktəbin müdiriyyəti, müəllimlər, valideynlər, şəhid Orucov Orxanın anası Fərqanə xanım,Azərbaycan Milli Qəhrəmanlar təşkilatının Nizami və Nərimanov rayonunun sədri, Vətən Qəhrəmanlar Cəmiyyətinin təhsisçisi,Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Ədhəm Məmmədov,Vətən Qəhrəmanları Cəmiyyətinin Nizami rayon sədri,birinci Qarabağ qazisi Eldəniz Abbasov, II Qarabağ vətən müharibəsində iştirak etmiş məzun Murad Mirzəzadə və şagirdlər iştirak edirdilər.Ədəbi-bədii kompozisiyada şagirdlər tərəfindən mahnılar ifa edildi,şeirlər səsləndirildi,rəqs və kompozisiyalar göstərildi.Daha sonra məktəbin TT işləri üzrə direktor müavini Bəturə Sanıyeva çıxış edərək xalqımızın düşmən üzərində çaldığı tarixi zəfər haqqında tədbir iştirakçılarını məlumatlandırdı və onları təbrik etdi.Qonaq qismində iştirak edən II Qarabağ müharibə veteranı Ədhəm Məmmədov və I Qarabağ qazisi Eldəniz Abbasov öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü və bu böyük gün münasibəti ilə onları ürəkdən təbrik etdi.Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulandı.