,,NAXÇIVANIN 100 İLLİYİ”NƏ HƏSR OLUNMUŞ ,,İNTELLEKTUAL OYUN”TƏŞKİL EDİLDİ
,,Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələrinə həsr olunmuş haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində " Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 23 dekabrda tarix müəllimi Vüsalə Əliyevanın rəhbərliyi ilə 8,9-cu sinif şagirdlərindən təşkil edilmiş ,,Şərur”, ,,Ordubad” və ,,Şahbuz”komandaları arasında "Naxçıvanın qədim tarixi” mövzusunda ,,İntellektual” oyun keçirildi.Gərgin oyun şəraitində keçirilən müsabiqədə ,,Şahbuz”komandası I yerə, ,,Şərur” komandası II yerə, ,,Ordubad” komandası III yerə layiq görülərək məktəbin direktoru Nazilə Əliyeva tərəfindən Diplomlarla təltif olundular.