ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ İLK DƏRSLƏR KEÇİRİLDİ
12 dekabrda 17 nömrəli tam orta məktəbdə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 1,,D” ,1,,Ə” ,2,,D” ,4,,C”,5,,D”,8,,D“10,,B”siniflərdə müəllimlər tərəfindən ilk dərslər təşkil edildi.İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra sinif müəllimləri Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində,Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdilər.Qeyd edildi ki,Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka, fitri-istedad sahibi,müdrik dövlət xadimi kimi düşmüşdür.Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar, şeirlər söylənildi və videoçarxlar nümayiş olundu.