ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 101 İLLİYİ VƏ “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI TƏŞKİL EDİLDİ
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq 17 nömrəli tam orta məktəbin şagirdləri məktəbin ərazisində ağacəkmə aksiyasında iştirak etdilər.Ətraf mühitin, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadə təmin edilməlidir.Bu səbəbdən şagirdlər məktəbyanı sahədə ağac kolları əkmiş, bitkilərə qulluq etmiş və suvarmışlar.Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. Artıq ənənəvi hal alan belə aksiyalar ölkəmizdə geniş vüsət alan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.Ağacəkmə aksiyalarının keçirilməsi eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, şagirdlər arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.