,,DİLİMİZİN QORUYAQ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ,,AZƏRBAYCAN DİLİNİN SAFLIĞI VƏ DÜZGÜN TƏBLİĞİ”NƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA TƏŞKİL EDİLDİ
BŞTİ-nin 2023/2024 –cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4 bəndinə əlavə olaraq “Dilimizi qoruyaq” layihəsi çərçivəsində ,,Azərbaycan dilinin saflığı və düzgün təbliğı” mövzusunda 17 nömrəli tam orta məktəbin UBR Nərmin Cəlilova tərəfindən 6,,G” sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil etdi. Nərmin xanım mövzu haqqında geniş məlumat verdi və tədbirdə iştirak edən şagirdlər hazırladıqları təqdimatlar ,referat və divar qəzetləri ilə öz çıxışlarında ana dilimizin qorunmasının vacibliyini vurğuladılar. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir.Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi:“Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur".Ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur.