HEYDƏR ƏLİYEV ADINA HƏBİ İNSTİTUTUN ƏMƏKDAŞI İLƏ MƏKTƏB MƏZUNLARININ PEŞƏYÖNÜMLÜ GÖRÜŞ KEÇİRİLDİ

  18 apreldə  17 nömrəli tam orta məktəbdə Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaşı polkovnik Elşən Kərimovla məktəbin IX,X və XI sinif şagirdləri arasında görüş keçirildi.Görüşün əsas məqsədi məzunları bu ali məktəblə,onun elmi-texniki bazası ilə yaxından tanış etmək idi.Tədbirdə çıxış edən cənab polkovnik məktəbin məzunlarının gələcəkdə düzgün peşə seçmələri və ali hərbi məktəbdə yaradılmış şərait haqqında geniş məlumat verdi.Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı.SonraHeydər Əliyev adına Hərbi İnstitut haqqında prezentasiya təqdim olundu.Ali Hərbi İnstitutun 3 fakültəsində (Quru Qoşunları və Ümumfənlər fakültəsi, Hərbi Hava Qüvvələri fakültəsi və Hərbi Dəniz Qüvvələri fakültəsi) 23 hərbi ixtisas üzrə zabit kadrları hazırlanır. Burada hərbi ixtisaslarla yanaşı, təhsilalanlara ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə “sistemlər mühəndisliyi”, “aerokosmik mühəndislik”, “radiotexnika və telekommunikasiya mühəndisliyi”, “elektrik və elektronika mühəndisliyi” və “mexanika mühəndisliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır.Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi rütbəsi verilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi