Qızıl payız

Noyabrın 14-də 1 b sinfində, sinif rəhbəri Zərqələm İmanovanın təşəbbüsü ilə “Qızıl payız” adlı sərgi təşkil olundu. Sərgidə payızın əlamətlərini əks etdirən şəkillər plakatlar, əl işlərindən ibarət guşə uşaqlar üçün xüsusi maraqlı idi.
Şagirdlər payıza aid şeyirlər, mahnılar səsləndirdilər. Payızda yetişən meyvələrdən daddılar.
Sonda Emin Sabitoğlunun “Payız gəldi, uçdu getdi quşlar” mahnısı ilə uşaqlar rəqs etdilər.