FƏXRİMİZ

Məktəbimizin fəxri

     Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda doğulmuşdur. 2005- ci ildə Bakı şəhər, Səbail rayon 163 saylı orta məktəbin 1-ci  sinfinə qəbul olunmuş, 2016- cı ildə  həmin məktəbi bitirmişdir. Daha sonra 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin, Materialşünaslıq ixtisasına qəbul olmuş, 2020-ci ildə burada ali təhsilini başa vurmuş,daha sonra hərbi xidmətə yollanmışdır.

    Cəmil ailə dəyərlərini yüksək tutan, vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə yetişən bir oğul idi. Torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdır. Hələ kiçik yaşlarından anasına bildirirdi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə keçirilən tədbirlərdə daima fəal iştirak etmiş, mükafatlar əldə etmişdir. Bunlardan biri də 26 fevral Xocalı soyqırımı qurbanları xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı Güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. Eyni ilə O, hərbi xidmətdə də atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman anasıyla danışarkən böyük fəxr və qürur hissi ilə bildirmişdir ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilmişdi. “Atıcılıq”- bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. 

    Müharibənin başladığı ilk günlərdən son danışığına kimi daima yüksək əhval ruhiyyədə olmuş və mütləq ki, qələbə qazanacaqlarını ailəsinə bildirmişdir. Daha yeni əsgər olmasına baxmayaraq özü könüllü olaraq döyüşlərə qatılmışdır. Oktyabrın 14 – dən 15 – nə keçən gecə Vətən müharibəsi zamanı Füzuli rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda doğulmuşdur. 2005- ci ildə Bakı şəhər, Səbail rayon 163 saylı orta məktəbin 1-ci  sinfinə qəbul olunmuş, 2016 ci ildə  həmin məktəbi bitirmişdir. Daha sonra 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin, Materialşünaslıq ixtisasına qəbul olmuş, 2020-ci ildə burada ali təhsilini başa vurmuş,daha sonra hərbi xidmətə yollanmışdır.
    Cəmil ailə dəyərlərini yüksək tutan, vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə yetişən bir oğul idi. Torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdır. Hələ kiçik yaşlarından anasına bildirirdi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə keçirilən tədbirlərdə daima fəal iştirak etmiş, mükafatlar əldə etmişdir. Bunlardan biri də 26 fevral Xocalı soyqırımı qurbanları xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı Güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. Eyni ilə O, hərbi xidmətdə də atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman anasıyla danışarkən böyük fəxr və qürur hissi ilə bildirmişdir ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilmişdi. “Atıcılıq”- bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. 
    Müharibənin başladığı ilk günlərdən son danışığına kimi daima yüksək əhval ruhiyyədə olmuş və mütləq ki, qələbə qazanacaqlarını ailəsinə bildirmişdir. Daha yeni əsgər olmasına baxmayaraq özü könüllü olaraq döyüşlərə qatılmışdır. Oktyabrın 14 – dən 15 – nə keçən gecə Vətən müharibəsi zamanı Füzuli rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.

    Məmmədli Cəmil Habil oğlu (ölümündən sonra) Azərbycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəsini şərəflə yerinə yetirdiyinə görə “ Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi