HAQQIMIZDA

Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət gösrtərir. 2013-cü ildə məktəb əsaslı təmir edilmişdir. Məktəbin dəhlizləri, həyətyanı sahəsi, giriş və çıxışı təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Məktəbimiz fizika, kimya, biologiya laboratoriyalari, hərbi və iki informatika kabineti, tibb otağı ilə təchiz olunmuşdur.

Məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir və bir növbəlidir. Məktəbdə 38 sinif üzrə 959 şagirdin təlim-tərbiyəsi ilə 115 pedaqoji heyət məşğul olur. O cümlədən, məktəbdə 3 məktəbəhazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir.   

Şagirdlərimiz hər il keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublikamızın və dünyanın tanınmış ali məktəblərinə qəbul olunurlar. Məktəbdə xarici dil olaraq ingilis dili və rus dili tədris olunur.

Məktəbimizdə ibtidai təhsildə "Sağlam Təhsil" layihesi , "STEAM" layihəsi, İnklüziv təhsil layihəsi həyata keçirilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi