- Reyhan Hacızadə Təvəkkül
- Vəzifə: Təlim-tərbiyə işləri üzrə direktor müavini
- Fənn: İbtidai təhsil
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Beynəlxalq Universiteti. Azərbaycan Milli Konservatoriyasıiya bəstəkarlı
- Təvəllüd: 19.01.1967
- İlk fəaliyyət ili: 14.09.2023
- E-mail: [email protected]
Hacızadə Reyhan Təvəkkül qızı 1967 ci ildə Bakı şəhərində anadan olmuş, 1974-1984 cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano və arfa ixtisası üzrə təhsil almış.1998-2003 cü illərdə Azərbaycan Beynəlxalq Universitetində "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə, 2009-2012 ci illərdə Azərbaycan Milli Konservatoriyası "Bəstəkar, musiqi tarixi və nəzəriyyəsi fənləri üzrə müəllim" ixtisasında təhsil almışdır. "10 fortepiano üçün Prelüd", 1 "Xor silsiləsi", 1 "İlham" sinfonik poemanın, bir çox mahnı və 12 uşaq mahnısının müəllifi, Musiqi-2 dərslik və metiki vəsaitin həmmüəllifi, "Azərbaycan Uşaq mahnıları Antalogiyası" IV cildin xüsusi redaktoru, V və VII cildlərin həmmüəllifidir. 2008 "Ən yaxşı bəstəkar", 2011-2012 ci tədris illərində "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olmuşdur. İlk iş fəaliyyətinə 1992 ci ildə Bakı şəhəri 102 nömrəli məktəbdə Musiqi müəllimi kimi başlamış daha sonra uzun illər 190, 6 , 313 nömrəli məktəblərdə Musiqi müəllimi kimi və Şuşa Musiqi kollecində bəstəkarlıqdan dərs demişdir. 2015 ci ildə "Potensial məktəb direktoru hazırlığı" kursunu keçdikdən sonra 04.04.2017ci ildən Bakı şəhəri 22 nömrəli məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra Bakı şəhəri 106, 163 nömrəli məktəblərdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Hal hazırda 163 nömrəli məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq məktəbin Direktor vəzifəsini müvəqqəti icra edir. Ailəlidir. İki övladı var.