Xatirələrlə dolu vida anı

14.06.2025-ci il tarixdə məktəbdə ən duyğulu, ən yaddaqalan Son zəng tədbiri keçirildi. İllərlə sinif otaqlarında, dəhlizlərdə, parta arxasında paylaşdığımız anlar, öyrəndiyimiz dərslər, qazandığımız dostluqlar artıq gözəl bir xatirəyə çevrildi.
Məktəb zəngi bu dəfə sonuncu dəfə səsləndi – artıq məzunlarımız yeni bir həyat mərhələsinə qədəm qoyurlar. Onların hər biri bizim üçün xüsusi, dəyərli və ümidvericidir. Hər bir məzunumuzun zəhmətini, əzmini və uğurlarını qürurla qeyd edirik.
Tədbir zamanı müəllimlərin, valideynlərin və şagirdlərin duyğulu çıxışları, maraqlı bədii kompozisiyalar və yadda qalan anlar tədbirə rəng qatdı. Bu gözəl gün həm sevincli, həm də kövrək anlarla yadda qaldı.
Biz inanırıq ki, şagirdlərimiz buradan yalnız biliklə deyil, həm də mənəvi dəyərlərlə silahlanaraq ayrılırlar. Hər bir məzunumuza gələcək həyat yollarında uğurlar, ali məqsədlərə doğru inamla irəliləməyi arzulayırıq!
Yolunuz açıq, ürəyiniz rahat, gələcəyiniz işıqlı olsun!