İngilis dili hər yerdə

14.05.2025-ci il tarixdə ingilis dili fənn aylığının yekunu olaraq "İngilis dili hər yerdə" ( English is everywhere) adlı tədbir keçirildi. Tədbirin məqsədi müasir dünyada qlobal düşünmək və fəaliyyət göstərmək istəyən hər bir insan üçün ingilis dilini öyrənməyin nə qədər vacib olduğunu həm şagirdlərə, həm də valideynlərə çatdırmaq idi. Tədbirdə şagirdlər Şekspirin faciələrindən biri olan "Kral Lir" əsərini ingilis dilində səhnələşdirdilər. 8-ci sinif şagirdləri ingilis dilinə tərcümə olunmuş qəzəlləri, "Sarı gəlin" mahnısını və rəngarəng rəqslər ifa etdilər. Sonda məktəbin direktoru Səkinə Hüseynova İngilis dilinin müasir dövrümüzdə elmin, texnikanın, səhiyyənin, təhsilin inkişafındakı rolu haqqında geniş çıxış etdi.